Qaynar xətt:

(+99450) 247 90 86

Mübariz İbrahimovu tənqid edən psixoloqun məhkəməsinin vaxtı məlum oldu

2019-01/1546975278_1544853204_nermin-sahmar.jpg

KRİMİNAL

1351

08.01.2019, 23:21

\"\" Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu tənqid edən psixoloq Nərmin Şahmarzadəyə qarşı qaldırılmış iddia üzrə məhkəmənin vaxtı məlum olub.
Bu barədə Oxu24.com-a vəkil Ramil Rüstəmov məlumat verib. O deyib ki, iddia üzrə məhkəmə iclası Xətai rayon Məhkəməsində yanvarın 22-də keçiriləcək. Nərmin Şahmarzadəyə qarşı Milli Qəhrəman Mübariz İbrahimovu tənqid etdiyi üçün CM-nin 147-ci (böhtan) maddəsi ilə şikayət verilib. Şikayətə vəkil Ramil Rüstəmovla yanaşı, Fövqaladə Hallar Nazirliyinin mayoru, doqquz qat dünya, üç qat Avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də qoşulub.