Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8713
az

Bakıda sevgilisinin yanında ona axmaq deyən mühafizəçini bıçaqladı

21:4708 Yanvar, 2019
910
  • A
 Binanın mühafizəçisini bıçaqlayan şəxs bəraət almaq məqsədi ilə Ali Məhkəməyə şikayət edib.

Oxu24.com "ölkə.az"a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə azadlıqdan məhrum edilən Ovçuzadə Mehdi Arif oğlunun məhkəmə prosesi yanvar ayının 29-da hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2018-ci ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində mühafizəçini bıçaqlamaqda təqsirli bilinən Mehdi Ovçuzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Fikrət Qəribovun sədrlik ediyi kollegiyanın hökmü ilə Mehdi Ovçuzadə 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü elan edərkən zərərçəkmişə dəyən ziyanın ödənilməsini, zərərçəkmişlə barışıq olmasını yüngülləşdirici hal kimi nəzərə alıb.

İttihama görə, Mehdi Ovçuzadə sevgilisi olan qızla tanışının evinə gəlib. O, maşını binanın qarşısında saxlayıb. Bu zaman binanın mühafizəçisi ilə Mehdi Ovçuzadə arasında mübahisə yaranıb.

Mühafizəçi Mirzəməhəmməd Abduləzizov Mehdi Ovçuzadəyə axmaq deyib. Bundan sonra Mehdi Ovçuzadə özündə olan bıçaqla mühafizəçini vurub.
Yaralı xəstəxanaya çatdırılıb, ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ