Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ!Bakıda McDonaldsa çıxıb, özünü atmaq istədi - FOTO+VİDEO

KRİMİNAL

644

08.01.2019, 21:38

Musavat.com xəbər verir ki, bir nəfər Neftçilər metrostansiyasının yaxınlığında yerləşən McDonalds restoranının damına çıxaraq, intihar etməklə hədələyir. Əməkdaşımız hadisə yerindən xəbər verir ki, tanıyanların Mosu deyə xitab etdiyi şəxs qeyd olunan ərazidə balıq ticarəti ilə məşğul olur və içkili olması şübhəsi var. Onun hansısa tələbləri haqda məlumat yoxdur. Musavat.com müxbiri bildirir ki, Mosu davamlı və rabitəsiz söyüş söyür. Polis onu binanın damından endirmək üçün dilə tutur. Lakin Mosu ləqəbli şəxs bildirir ki, onun balıq satışına mane olan "polka" götürülməsə, binadan aşağı enməyəcək. **** Hadisə yerində olan müxbirimiz Mosunun balıq satan tanışıyla danışıb. O deyib ki, Mosu "Vosmoy" bazarında işləyir. Bir ay olar ki, bazardan çıxardıblar. Böyük ehtimalla, buna görə belə edir. Bir dəfə də intihar etmək üçün "Lotos" ticarət mərkəzinin üstünə çıxıbmış. **** Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub. Onu, polis maşınına mindirərək, polis bölməsinə aparıblar.