Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8708
az

Dövlət Gömrük Komitəsinin 4 vəzifəli əməkdaşı saxlanıldı — RƏSMİ

21:2208 Yanvar, 2019
603
  • A
 
Dövlət Gömrük Komitəsinin daha 4 vəzifəli əməkdaşı saxlanılıb.

Komitədən Oxu24.com-a  verilən məlumata görə, Gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 312, 311,308 və 206-cı maddələri üzrə cinayət işi başlanılıb.

Xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə Dövlət Gömrük Komitəsi sədrinin 6 dekabr 2018-ci il tarixli əmri ilə Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Onu da qeyd edək ki, faktla bağlı bu gün sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində rəsmi məlumatlara əsaslanmayan, yanlış şərhlərlə xəbərlər paylaşılıb.

Komitə bildirir ki, fakt üzrə məlumatların ictimaiyyətlə paylaşılmaması əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi ilə bağlı olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi