Qaynar xətt:

(+99450) 247 90 86

Daxili orqanlarında heroin gizlətdilər - FOTOLAR

Daxili orqanlarında heroin gizlətdilər - FOTOLAR

KRİMİNAL

882

23.11.2018, 10:18

 
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir. DSX-nin Mətbuat Mərkəzindən  verilən məlumata görə, noyabrın 19-da “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycana gələn İran vətəndaşları - 1991-ci il təvəllüdlü Zahareh Chin Yavər Chaparın və 1992-ci il təvəllüdlü Ghahremani Moglanlov Mehdinin üzərinə sərhəd və gömrük baxışı keçirilib, hər iki İran vətəndaşı daxili orqanlarında ümumilikdə 380 qram heroin aşkar olunduğuna görə saxlanılıb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.