Yunanıstanın ən məşhur kriminal avtoriteti olan Yannis Makrisin süi-qəsdə məruz qalmasının görüntüləri yayılıb.
Oxu24.com xəbər verir ki, o, Afinada evinin qarşısında hücuma məruz qalıb. 46 yaşlı kriminal avtoritet avtomobilinə mindikdən sonra silahlı hücuma məruz qalıb. Üzünü gizlədən şəxs Makrisə 6 güllə vurduqdan sonra ərazidən qaçıb.
Qeyd edək ki, kriminal avtoritet Yannis Makris həm də tanınmış biznesmen kimi də məşhurdur.
Oxu24.com
ŞƏRHLƏR