Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda gecə saatlarında dəhşət: yaralılar var

SON DƏQİQƏ! Azərbaycanda gecə saatlarında dəhşət: yaralılar var

KRİMİNAL

1102

07.04.2022, 22:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci km-də qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində 1969-cu il təvəllüdlü Əhməd Əjdər oğlu Əhmədov və həyat yoldaşı 1978-ci il təvəllüdlü Ruhangiz Gülməmməd qızı Əhmədova müxtəlif xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıblar.

Yaralıların vəziyyəti ağır olduquna görə, Ə.Əhmədov Qusardakı tibb müəssisəsinə, R.Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Qeyd edək ki, Ə.Əhmədov Xaçmazda özəl xəstəxanaların birində cərrah-həkim işləyir.

Faktla bağlı araşdırma aparılır. (report)