Qaynar xətt:

(+99450) 247 90 86

Ayşənin qəlinin tükürpədici detalları: Tutulan 3 kişi görün kimdir - VİDEO

Ayşənin qəlinin tükürpədici detalları: Tutulan 3 kişi görün kimdir - VİDEO

KRİMİNAL

1262

19.03.2022, 18:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Beş il əvvəl 18 yaşlı qızı öldürən şəxsin atası və daha bir nəfər tutulub.

2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın öldürülməsi ilə əlaqədar üç nəfər şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Oxu24.com-a verilən məlumata görə, 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhər sakinləri Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində Ayşən Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və Bilal Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

Qeyd olunan əraziyə baxış zamanı Ayşən Qəhrəmanovanın cəsədinin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.