Qaynar xətt:

(+99450) 247 90 86

Müsəlman ölkəsində dəhşət: 81 nəfərin başın kəsdilər 

Müsəlman ölkəsində dəhşət: 81 nəfərin başın kəsdilər 

KRİMİNAL

1279

13.03.2022, 10:37

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com-un  xəbərərinə görə Lent.az-ın xarici mediaya istinadla məlumatına görə,Səudiyyə Ərəbistanında son onilliklərin ən böyük kütləvi edamını həyata keçirilib və bu zaman 81 nəfərin başı kəsilib. 

Məlumatda qeyd edilir ki, edam edilənlər müxtəlif cinayətlərdə, o cümlədən adam öldürməkdə, “Əl-Qaidə” və “İraq Şam İslam Dövləti” terror təşkilatlarına mənsub olmaqda, həmçinin “Ənsar Allah” hərəkatının (husilər) yəmənli üsyançılarına yardım etməkdə təqsirli biliniblər.

Martın 12-də edam edilən cinayətkarların sayı 1980-ci ildəki kütləvi edamı ötüb.

O zaman hakimiyyət 1979-cu ildə Məkkə şəhərindəki ən böyük məsciddə insanları girov götürən 63 silahlını edam edib.