Qaynar xətt:

(+99450) 247 90 86

Canavarlar kəndə hücum etdi

Canavarlar kəndə hücum etdi

KRİMİNAL

648

27.02.2022, 10:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şamaxıda canavarlar kənd sakininə məxsus mal-qaraya hücüm ediblər.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Aşağı Çağan kəndində qeydə alınıb.

Yırtıcıların hücumu nəticəsində kənd sakinləri – Hacir Ədilova Hacir və Vadil Mürsəliyevin 12 baş iribuynuzlu heyvanına xəsarət yetirilib. Ümumilikdə isə hər iki fermerə 10 min manata yaxın ziyan dəyib.

Sakinlərin sözlərinə görə, bu, son bir ayda canavarların kəndə 5-ci hücumudur.

Qeyd edək ki, Aşağı Çağan kəndində 20 ailə yaşayır, onların əsas məşğuliyyəti heyvandarlıqdır.