Altay Göyüşova hökm oxunub
18 Fevral 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
578
25.11.2021, 12:44
Bakı Ağır Cinayətlər Məhkəməsində qobşusunin evindən külli miqdarda oğurluq etməkdə ittiham olunan Fəridə Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və ona 7 il həbs cəzası verilib.
F.Quliyevanın qonşusunun evindən ayrı-ayrı vaxtlarda ümumilikdə 79 min 450 manatlıq oğurluq etdiyi məlum olub. O, elan olunmuş ittihamla özünü təqsirli bilməyib.
Oğurluq hadisəsi paytaxtın Nizami rayonu, Balakişiyev küçəsi, bina 46-da baş verib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan M.Abasov 2015-ci ildən etibarən yataq otağındakı dolabda saxladığı pulların azaldığını hiss edib. Kəsir məbləğlər 50-100-200 manat civarında olduğundan pulu ya özünün, ya da ailə üzvlərinin xərclədiyini, hesab aparanda səhvə yol verdiyini düşünüb.
Həmçinin oxuyun
Bir müddət sonra isə itmiş pulların ardınca həyat yoldaşına məxsus brilyant sırğalar da qeybə çəkilib. Oğurluq versiyası öncə ağıllarına gəlməyib. İtən əşyaların sırasına çox keçməyib ki, qaynı üçün alınmış bahalı qızıl dəsti əlavə olunub...
Nəhayət, yaşadığı evə gizli kamera quraşdıran M.Abasov oğrunu özü "tutub". Kamera görüntüləri zamanı məlum olub ki, pulları və qızılları aparan 38 illik qapıbir qonşusunun qızıdır. Ev sahibi əvvəlcə baş verənləri sakitcə yoluna qoymağa cəhd edib. Pullar və qızıllar geri qaytarılacağı təqdirdə heç yana şikayət etməyəcəyini də deyib. Amma qarşı tərəfin oğurlananları geri qaytarmaq niyyətində olmadıqlarını görəndə polisə şikayət edib. Hadisəsinin videogörüntülərini, səs yazılarını diskə köçürüb polisə orqanlarına təqdim edib. Bir müddət sonra F.Quliyeva barəsində cinayət işi qaldırılıb. Barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.
Xatırladaq ki, F.Quliyevanın atası T.Qənbərov əvvəllər daxili işlər orqanlarında çalışıb.
///Virtualaz.org
21:49 / 18 Fevral 2026
18
21:47 / 18 Fevral 2026
6
21:40 / 18 Fevral 2026
25
21:27 / 18 Fevral 2026
33
21:18 / 18 Fevral 2026
88
21:10 / 18 Fevral 2026
199
21:09 / 18 Fevral 2026
95
20:56 / 18 Fevral 2026
60
20:51 / 18 Fevral 2026
47
20:48 / 18 Fevral 2026
49
20:41 / 18 Fevral 2026
79
20:31 / 18 Fevral 2026
411
20:27 / 18 Fevral 2026
58
20:03 / 18 Fevral 2026
70
19:45 / 18 Fevral 2026
98
19:34 / 18 Fevral 2026
67
19:26 / 18 Fevral 2026
73
19:06 / 18 Fevral 2026
80
18:59 / 18 Fevral 2026
80
18:49 / 18 Fevral 2026
83
18:40 / 18 Fevral 2026
89
18:29 / 18 Fevral 2026
97
18:13 / 18 Fevral 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.