“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
924
16.09.2021, 21:28
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu24.com-un məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Yasin Umudov ifadə verib.
O bildirib ki, Daxili İşlər Nazirliyinin “102 Zəng-Mərkəzi”nə daxil olan məlumat əsasında hadisə yerinə gedib: “Hadisə Nardaranda baş vermişdi. Fəqan Əhmədov sərxoş vəziyyətdə idi. Həyat yoldaşı Pərvanə Əhmədovanı ürəyindən vurmuşdu. O, da divanda oturaq vəziyyətdə idi. Fəqan Əhmədov dedi ki, çölə çıxıb özünü öldürmək istəyib, lakin hadisədən sonra uşaqları gözünün önünə gəlib. Otaqda 2 giliz var idi. Söylədi ki, həmişə evlərində içki içdiyinə görə həyat yoldaşı ilə aralarında dava düşürdü. Bildirdi ki, “bu dəfə də zarafatyana silahı sinəsinə dirədim, amma bilməzdim ki, içində güllə olar”. Biz evin içərisində olanda otaqda hər hansı dava xarakterli bir şey görmədik. Yəni, nə qab-qacaq dağılmışdır, nə də sınmışdı”.
Daha sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Ülfət İsgəndərov dindirilib. O qeyd edib ki, həmin gün əməliyyat qrupunun rəhbəri olub: “Növbətçi hissəyə gələn zəng əsasında hadisə yerinə getdim. Fəqan müəllimi tanıdım. Çox həyacanlı görünürdü, hadisədən sonra peşman idi. Evin içərisində mübahisə yarada biləcək heç bir hal görmədim. İçkili vəziyyətdə idi”.
Məhkəmədə təqsirləndirilən şəxsin övladına dindirilməsi üçün söz verilib. Lakin o, ifadə verməkdən imtina edib.
Növbəti məhkəmə prosesi sentyabrın 30-da davam etdiriləcək.
Qeyd edək ki, Bakı sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 2021-ci il mayın 30-da saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
21:55 / 10 Noyabr 2026
45
21:51 / 10 Noyabr 2026
30
21:49 / 10 Noyabr 2026
35
21:46 / 10 Noyabr 2026
14
21:44 / 10 Noyabr 2026
39
21:40 / 10 Noyabr 2026
45
21:33 / 10 Noyabr 2026
18561
21:19 / 10 Noyabr 2026
82
21:12 / 10 Noyabr 2026
102
21:10 / 10 Noyabr 2026
273
20:56 / 10 Noyabr 2026
90
20:54 / 10 Noyabr 2026
316
20:46 / 10 Noyabr 2026
103
20:35 / 10 Noyabr 2026
118
20:17 / 10 Noyabr 2026
104
20:10 / 10 Noyabr 2026
1238
19:59 / 10 Noyabr 2026
110
19:58 / 10 Noyabr 2026
106
19:52 / 10 Noyabr 2026
113
19:52 / 10 Noyabr 2026
111
19:43 / 10 Noyabr 2026
117
19:40 / 10 Noyabr 2026
136
19:26 / 10 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.