DSX əməliyyat keçirib
11 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2117
11.08.2021, 10:56
Prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, 9 may 2021-ci il tarixdə saat 22 radələrində 1952-ci il təvəllüdlü Axundov Rəşid Məhərrəm oğlunun kirayədə yaşadığı Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, mənzil 54 ünvanında üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Cinayət-proseesual qanunvericiliyə əsasən planlaşdırılaraq aparılmış istintaq tədbirləri ilə Rəşid Axundovun arvadı İsmayılova İnnesa Vladimirovna tərəfindən yaşadıqları mənzildə 09 may 2021-ci il tarixdə saat 18 radələrində ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı ərini cəzalandırmaq məqsədlə əli ilə zor tətbiq edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməsinə, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun daimi boynunda gəzdirdiyi gümüş boyunbağıdan tutub dartmaqla həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri yetirib boğaraq mexaniki asfiksiya nəticəsində Rəşid Axundovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
10.08.2021-ci il tarixdə İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
12:19 / 11 Noyabr 2026
2
12:15 / 11 Noyabr 2026
24
12:09 / 11 Noyabr 2026
37
11:57 / 11 Noyabr 2026
281
11:50 / 11 Noyabr 2026
73
11:49 / 11 Noyabr 2026
87
11:43 / 11 Noyabr 2026
321
11:34 / 11 Noyabr 2026
67
11:32 / 11 Noyabr 2026
129
11:28 / 11 Noyabr 2026
127
11:16 / 11 Noyabr 2026
295
11:13 / 11 Noyabr 2026
80
11:11 / 11 Noyabr 2026
114
11:06 / 11 Noyabr 2026
94
10:56 / 11 Noyabr 2026
389
10:51 / 11 Noyabr 2026
107
10:45 / 11 Noyabr 2026
111
10:33 / 11 Noyabr 2026
101
10:19 / 11 Noyabr 2026
101
10:13 / 11 Noyabr 2026
100
10:10 / 11 Noyabr 2026
101
10:10 / 11 Noyabr 2026
287
10:09 / 11 Noyabr 2026
167
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.