DSX əməliyyat keçirib
11 Noyabr 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1976
08.08.2021, 19:24
Şəmkir şəhərində qadının qayınatası tərəfindən güllələnməsi ilə bağlı hadisənin bəzi təfərrüatları məlum olub.
Milli.Az report-a istinadla xəbər verir ki, gecə saatlarında Şəmkir rayon Yeni Həyat kəndində yaşayan, 1959-cu il təvəllüdlü Həsənov Sahib Nəriman oğlu evdə olan ov tüfəngi ilə atəş açaraq oğlu, Nicat Həsənovun həyat yoldaşı, 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızını qarın boşluğundan güllələyib.
Kənd sakinlərinin dediyinə görə, əslində mübahisə ata ilə oğlu arasında yaşanıb. S. Həsənov qoşa lüləli ov tüfəngi ilə oğlu tərəfə atəş açıb, bu zaman gəlin həyat yoldaşının qarşısına keçib və güllə ona dəyib.
"Sakit ailə olublar, daha əvvəl ciddi mübahisələrini nə eşitməmişik, nə də görməmişik. Zəhmətkeş ailədirlər, kənd təsərrüfatı ilə məşğuldurlar. Əkdikləri göy-göyərtini satıb dolanırlar. Kişinin iki oğlu var, biri subaydır. Hamsı bir evdə yaşayırlar. Mübahisə nə üstündə olub dəqiq bilmirik. Amma kişi bəzən içirdi.
Yəqin sərxoş olub, əsəbləşib deyə bu hal yaşanıb. Qadının qayınatası ilə bir probleminin olduğunu da eşitməmişik, sakit qadın idi. Elə qayınatası da kənddə sakit bir insan kimi tanınır. Eşitdik, özümüz də məəttəl qaldıq bu olanlara".
Qeyd edək ki, ağır xəsarətlər alan S.Qasımova Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Sahib Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
12:48 / 11 Noyabr 2026
1
12:44 / 11 Noyabr 2026
21
12:35 / 11 Noyabr 2026
62
12:32 / 11 Noyabr 2026
46
12:29 / 11 Noyabr 2026
58
12:24 / 11 Noyabr 2026
192
12:19 / 11 Noyabr 2026
127
12:15 / 11 Noyabr 2026
76
12:09 / 11 Noyabr 2026
69
11:57 / 11 Noyabr 2026
454
11:50 / 11 Noyabr 2026
103
11:49 / 11 Noyabr 2026
132
11:43 / 11 Noyabr 2026
521
11:34 / 11 Noyabr 2026
86
11:32 / 11 Noyabr 2026
137
11:28 / 11 Noyabr 2026
145
11:16 / 11 Noyabr 2026
322
11:13 / 11 Noyabr 2026
85
11:11 / 11 Noyabr 2026
127
11:06 / 11 Noyabr 2026
103
10:56 / 11 Noyabr 2026
438
10:51 / 11 Noyabr 2026
111
10:45 / 11 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.