Qəbiristanlıqda meyit aşkarlanıb
12 Noyabr 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
5578
09.05.2021, 18:39
14:11
Göyçayda 18 yaşlı qızın qətlə yetirildiyi məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay rayonu Bığır kənd sakini, 2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı dayısı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğlu tərəfindən boğularaq qətlə yetirilib.
Qətli törədən Vüqar Bədəlov saxlanılıb, qızın qardaşı və digər ailə üzvləri hazırda polis şöbəsində dindirilir. Qızın anası, 1980-ci il təvəllüdlü Gülnarə Məmmədovanın övladının meyitini görərək komaya düşdüyü və bu səbəbdən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Qətl hadisəsindən sonra qızın dayısı Vüqar Bədəlov evində dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə yalan məlumat uyduraraq kömək məqsədilə evə çağırdığıtəcili tibbi yardım stansiyasının həkimlərinə bilərəkdən səhv məlumat verib, hər iki şəxsin dəm qazından zəhərləndiyini bildirib. Məhkəmə tibbi ekspertiza və istintaq araşdırması zamanı qızın boğularaq öldürüldüyü məlum olub.
Qeyd edək ki, dayı bacısı qızını namus üstdə öldürüb. Fatimə Məmmədovanın bir dəfə nişanlı olduğu, sonradan başqa bir oğlana qoşularaq Bakıya getdiyi və yenidən evə qayıtdığı, bu səbəbdən qətl hadisəsinin törədildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
-------
13:14
Göyçay rayonunda ölüm hadisəsi baş verib.
Oxu24.com APA-ya istinadən bildirir ki, rayonun Bığır kənd sakini, 1980-ci il təvəllüdlü Məmmədova Gülnarə Məhəmməd qızı zəhərlənmə diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, övladı -2003-cü il təvəllüdlü Məmmədova Fatimə Murtuz qızı isə zəhərlənərək ölüb.
Məlumata görə, hadisə bu gün səhər saatlarında Gülnarə Məmmədovanın qardaşı, Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Bədəlov Vüqar Məhəmməd oğluna məxsus evdə baş verib. Ana və qızının dəm qazından zəhərləndiyi bildirilir. Fatimə Məmmədovanın meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır
11:21 / 12 Noyabr 2026
1
11:19 / 12 Noyabr 2026
13
11:05 / 12 Noyabr 2026
32
11:00 / 12 Noyabr 2026
58
10:45 / 12 Noyabr 2026
89
10:39 / 12 Noyabr 2026
91
10:36 / 12 Noyabr 2026
80
10:27 / 12 Noyabr 2026
219
10:20 / 12 Noyabr 2026
82
10:18 / 12 Noyabr 2026
79
10:05 / 12 Noyabr 2026
200
09:51 / 12 Noyabr 2026
90
09:48 / 12 Noyabr 2026
91
09:42 / 12 Noyabr 2026
243
09:36 / 12 Noyabr 2026
101
09:22 / 12 Noyabr 2026
710
08:13 / 12 Noyabr 2026
221
08:05 / 12 Noyabr 2026
80
07:20 / 12 Noyabr 2026
139
03:10 / 12 Noyabr 2026
163
01:25 / 12 Noyabr 2026
297
00:55 / 12 Noyabr 2026
266
00:43 / 12 Noyabr 2026
169
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.