Camal Bağırzadə HƏBS EDİLDİ
13 Noyabr 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
30576
05.03.2021, 19:16
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Xəzər Rayon İcra Hakimiyətinin binasında əməliyyat keçirib.
HİT.Az-ın əldə etdiyi məlumata görə, əməliyyat zamanı Xəzər İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Əli oğlu Zeynalov rüvşət alarkən qandallanıb.
O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən ələ keçib. Başına torba keçirilən şöbə müdiri nəzarət altında Xəzər İcra Hakimiyyətinin binasından çıxarılaraq istintaqa aparılıb. Barəsində 3 aylıq həbs qərarı çıxarılması və Bakı İstintaq Təcridxanasına göndərilməsi haqda məlumat var. Tural Zeynalovun cinayət əməli ilə bağlı Xəzər Rayon İcra Hakimiyyəti rəhbərliyinin də sorğu-sual olunduğu bildirilir.
Həbsindən sonra Tural Zeynalov cinayət ortaqları haqda ətraflı ifadə verib, aldığı rüşvət, iş bölgüsünün detallarını istintaqçılardan gizlətməyib. Məlum olub ki, sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alınıb. Əgər ev iki mərtəbə tikilibsə, qiymət də 2 qat artıb. Bundan başqa Tural Zeynalov Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əmək haqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Məlumat gec daxil olduğundan Baş Prokurorluqla dəqiqləşdirmək mümkün olmayıb.

16:08 / 13 Noyabr 2026
1
16:00 / 13 Noyabr 2026
42
15:42 / 13 Noyabr 2026
179
15:37 / 13 Noyabr 2026
65
15:30 / 13 Noyabr 2026
61
15:01 / 13 Noyabr 2026
78
14:59 / 13 Noyabr 2026
183
14:50 / 13 Noyabr 2026
92
14:46 / 13 Noyabr 2026
84
14:33 / 13 Noyabr 2026
92
14:24 / 13 Noyabr 2026
473
14:17 / 13 Noyabr 2026
405
14:12 / 13 Noyabr 2026
91
14:05 / 13 Noyabr 2026
168
14:00 / 13 Noyabr 2026
94
13:43 / 13 Noyabr 2026
193
13:41 / 13 Noyabr 2026
94
13:20 / 13 Noyabr 2026
92
13:05 / 13 Noyabr 2026
211
12:57 / 13 Noyabr 2026
158
12:45 / 13 Noyabr 2026
143
12:32 / 13 Noyabr 2026
175
12:20 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.