Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4968
az

Fədayə Laçının bacısı “Qoca”nın qaçmasına kömək edib? - Məhkəmədə detallar açıqlandı

14:0303 Sentyabr, 2018
1229
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu24.com -un  Yenicag.az-a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Ağstafa rayon Polis şöbəsinin əməkdaşı Fərhad Quliyev bildirib ki, qeyd edilən hadisədən sonra rəhbərliyin göstərişi ilə rayon ərazisində postlar qurulub. Başqa bir maşına baxış keçirən zaman indiki təqsirləndirilən şəxslərin olduğu “Opel” markalı maşının posta yaxınlaşarkən qəfil geri qayıtdığını görüb:

“Biz o maşının arxasınca getdik. Kəndin girəcəyinə çatanda maşın dayandı. Biz yaxınlaşanda sürücü düşdü. Sonra yük yerindən bir nəfər düşüb qaçdı. Arxa oturacaqda bir xanım da əyləşmişdi. Biz dərhal məruzə edib hər iki şəxsi bölməyə apardıq”.

Məhkəmədə şahid qismində F.Laçının bacısı Telli Ağayevanın iş yoldaşı Ədalət Zeynalov da ifadə verib. Bildirib ki, Fədayənin istədiyi açar xüsusi açar deyil və vaqonun dəmir barmaqlıqlarını açmaq üçün istifadə edilir. “Qoca” qatarın bələdçi otağındakı pəncərənin dəmir barmaqlığını həmin açarla açıb:

“Telli xanım vaqon rəisi idi, mən də nəzarətçisi. Bir iş yoldaşı kimi həmin açarı məndən istədi. Xüsusi bir açar deyil. Qapı, pəncərə və şitlərin açılmasında istifadə edilir. Mən də açarı Fədayəyə verəcəkdim. Amma sonra zəng edib çəkilişinin olduğunu dedi. Həmin açarı gecə dəmir yolunda bir nəfərə verdim. Qaranlıq olduğundan üzünü tam olaraq xatırlamıram”.

İş üzrə növbəti proses sentyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.

Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.

İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır. Oxu24.com

ŞƏRHLƏR

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Vətəndaşların ad-soyadını qanunsuz dəyişdirən rəisə- 9 il həbs!