Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda özünü 20-ci mərtəbədən atan gənc qızla bağlı MƏLUMAT - FOTO

Bakıda özünü 20-ci mərtəbədən atan gənc qızla bağlı MƏLUMAT - FOTO

KRİMİNAL

1838

20.02.2021, 21:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  Oxu24.com-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.