Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşət: Yarımtikilidə asılmış meyiti tapıldı

KRİMİNAL

431

13.01.2021, 12:22

Neftçalada intihar hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Abıyev Asim Mərif oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. Onun bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.