Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qətl — Qısqanclıq zəminində qardaşı arvadını öldürdü

2018-08/1533839013_bicaqama.jpg

KRİMİNAL

876

09.08.2018, 22:23

\"\" \"Oxu24.com\"un Trend-ə istinadən verdiyi  məlumatına görə, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.
Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.