Azərbaycanda güclü partlayış: Ölən var
15 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
981
19.11.2020, 13:13
Ölkə ərazisində bəzi şəhər və rayonlarda tətbiq edilən komendant saatı dövründə polis əməkdaşları və hərbi qulluqçuların ayıq-sayıq xidmət apardığını sübut edən hadisələrdən biri də Abşeron rayonu ərazisində qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, axşam saatlarında Xırdalan şəhərində qurulan komendant postlarından birində Bakı şəhər sakini Ramin Babayev Abşeron Rayon İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı onun üzərində elektron tərəzinin olması polis əməkdaşlarında ciddi şübhələr yaradıb. Bu səbəbdən Ramin Babayevin sərnişin kimi əyləşdiyi avtomobildə olan çantasına baxış keçirilib. Həmin çantadan 1 kiloqram 200 qram yüksəktəsiredici xassəyə malik narkotik vasitə heroin və 35 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Ramin Babayev ifadəsində şəxsiyyəti məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə tanış olduğunu və onun ölkəmizə göndərdiyi narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

20:30 / 15 Noyabr 2026
1
20:09 / 15 Noyabr 2026
183
19:51 / 15 Noyabr 2026
214
19:37 / 15 Noyabr 2026
70
19:17 / 15 Noyabr 2026
78
19:09 / 15 Noyabr 2026
81
18:40 / 15 Noyabr 2026
97
18:05 / 15 Noyabr 2026
133
17:53 / 15 Noyabr 2026
1655
17:43 / 15 Noyabr 2026
706
17:16 / 15 Noyabr 2026
586
17:12 / 15 Noyabr 2026
3093
17:09 / 15 Noyabr 2026
111
15:50 / 15 Noyabr 2026
125
15:25 / 15 Noyabr 2026
161
15:15 / 15 Noyabr 2026
145
14:47 / 15 Noyabr 2026
205
14:34 / 15 Noyabr 2026
404
14:25 / 15 Noyabr 2026
167
14:19 / 15 Noyabr 2026
141
14:02 / 15 Noyabr 2026
556
13:27 / 15 Noyabr 2026
413
12:55 / 15 Noyabr 2026
1860
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.