Bakıda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dünən saat 20 radələrində Səbail rayonunun Salyan Yolu küçəsində Bakı şəhər sakini Z.Bəşirov idarə etdiyi “Kia” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə Xətai rayonunun A.Nobel prospektində də baş verib. 15 noyabr 2020 Noyabrın 15-də saat 20 radələrində Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Altun Zeynallını vurub.
Piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa noyabrın 14-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bərdə rayon sakini E.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Lökbatan qəsəbə sakini Seymur Orucovu vurub. Piyada vəfat edib.
Hər bir faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR