Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

KRİMİNAL

388

12.11.2020, 23:05

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Postu ("Ekologiya postu"-red) yaxınlığında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı 1986-cı il təvəllüdlü Qocayev Anar Çingiz oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.