Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda keçmiş məhkumdan qadına qarşı İYRƏNC HƏRƏKƏT

Bakıda keçmiş məhkumdan qadına qarşı İYRƏNC HƏRƏKƏT

KRİMİNAL

1018

05.11.2020, 19:59

Bakıda qadını şantaş edərək 10 min manat tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın noyabrın 2-də bir nəfərin video görüntülərini yayacağı ilə hədələyib ondan 10 min manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsin Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov olması müəyyən edilib və görülən tədbirlərlə o saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.