Hamlet Musayevin qızı azad edildi
20 May 2026, 10:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1875
02.09.2020, 22:01
Şəki rayonunda seksual xarakterli zorakılıq hərəkətlərində ittiham olunan 1994-cü il təvəllüdlü Səxavət İsmayılov və tanışı Mübariz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Səxavət İsmayılov tanışı Mübariz Abdullayevlə 2001-ci il təvəllüdlü Səmayə Babayevaya (ad və soyad şərti verilib – red.) qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək məqsədilə razılaşıblar.
Onlar razılaşdıqları kimi 2017-ci il avqustun 1-də, axşam saatlarında Səmayə Babayeva ilə Şəki şəhəri, M.F.Axundov parkında görüşüblər. Səmayə Babayevanı gəzmək adı ilə aldadaraq Qoxmuq kəndi ərazisindəki bağ sahəsinə aparıblar.
Orada Səxavət İsmayılov Səmayə Babayevaya zor tətbiq edib, onu soyundurmağa çalışıb. Qız müqavimət göstərdiyindən Səxavət İsmayılov hərəkətlərini davam etdirməyib.
Daha sonra Mübariz Abdullayev zor tətbiq etməklə Səmayə Babayevanın qollarından tutub, yaxında olan kolluğa aparıb. Səmayə onun hərəkətlərinə etiraz edib.
Buna baxmayaraq Mübariz Abdullayev Səmayə Babayevanın müqavimətini qırmaq və niyyətinə nail olmaq üçün onun ağzını əli ilə bağlayıb, şillə-yumruqla üzünə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbə vurub, eyni zamanda hədə-qorxu gəlib.
Hər iki şəxs qızı döyüb, onun bədənini müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
Əvvəl Mübariz Abdullayev, ardınca Səxavət İsmayılov qızla qeyri-təbii yolla cinsi əlaqəyə girib.
Səxavət İsmayılov mövbəti gün törətdikləri cinayət əməli ilə kifayətlənməyib. O, yenidən Şəki rayonu, Qoxmuq kəndi ərazisində yerləşən bağ sahəsində Səmayə Babayeva ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla digər seksual xarakterli hərəkətlər etmək məqsədilə fiziki zor tətbiq edib.
Səxavət İsmayılov onu qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib.
İstintaq orqanı tərəfindən Mübariz Abdullayev və Səxavət İsmayılovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Səxavət İsmayılov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, hadisə zamanı zərərçəkmişə toxunmadığını söyləyib. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Səxavət İsmayılovun şikayəti qismən təmin olunub. Onun cəzası 5 ilə endirilib.
Bu qərardan narazı qalan Səxavət İsmayılov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Səxavət İsmayılovun kasasiya şikayəti təmin edilməyib.
Həmçinin oxuyun
16:39 / 20 May 2026
19
16:34 / 20 May 2026
85
16:31 / 20 May 2026
33
16:21 / 20 May 2026
89
16:19 / 20 May 2026
32
16:11 / 20 May 2026
47
16:02 / 20 May 2026
137
15:54 / 20 May 2026
108
15:51 / 20 May 2026
45
15:42 / 20 May 2026
51
15:36 / 20 May 2026
133
15:31 / 20 May 2026
46
15:19 / 20 May 2026
320
15:16 / 20 May 2026
190
15:01 / 20 May 2026
261
14:57 / 20 May 2026
63
14:55 / 20 May 2026
58
14:40 / 20 May 2026
138
14:36 / 20 May 2026
74
14:30 / 20 May 2026
70
14:26 / 20 May 2026
120
14:01 / 20 May 2026
71
13:52 / 20 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.