Hamlet Musayevin qızı azad edildi
20 May 2026, 10:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
631
02.09.2020, 20:34
Bu gün saat 14:45-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Şabran şəhəri, Sülh küçəsi ilə H.Nağıyev küçələrinin kəsişməsində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Şabran rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Şabran rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Şabran rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd üzərində partladıcısı olan (UZRQM) F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 60 kv.m əraziyə yerüstü, 20 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Həmçinin oxuyun
16:39 / 20 May 2026
19
16:34 / 20 May 2026
85
16:31 / 20 May 2026
33
16:21 / 20 May 2026
89
16:19 / 20 May 2026
32
16:11 / 20 May 2026
47
16:02 / 20 May 2026
137
15:54 / 20 May 2026
108
15:51 / 20 May 2026
45
15:42 / 20 May 2026
51
15:36 / 20 May 2026
133
15:31 / 20 May 2026
46
15:19 / 20 May 2026
320
15:16 / 20 May 2026
190
15:01 / 20 May 2026
261
14:57 / 20 May 2026
63
14:55 / 20 May 2026
58
14:40 / 20 May 2026
138
14:36 / 20 May 2026
74
14:30 / 20 May 2026
70
14:26 / 20 May 2026
120
14:01 / 20 May 2026
71
13:52 / 20 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.