Qaynar xətt:

(+99450) 247 90 86

Sabirabadda dəhşətli qətl - ƏR ARVADINI BALTALAYARAQ ÖLDÜRDÜ

Sabirabadda dəhşətli qətl - ƏR ARVADINI BALTALAYARAQ ÖLDÜRDÜ

KRİMİNAL

533

02.09.2020, 18:42

Sabirabadda ər arvadını ona xəyanət etdiyinə görə qətlə yetirib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Hacıbəbir kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Eyvaz Məmmədov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Təranə Məmmədovanı ot tayasının yanına apararaq elə oradaca baş nahiyyəsindən 3 balta zərbəsi endirərək qətlə yetirib. 

Yaxınlarının sözlərinə görə, Eyvaz Məmmədov Türkiyəyə işləməyə gedibmiş və xeyli müddət orda qalıb. Pandemiyaya görə, sərhədlərin bağlı olduğundan o, avqustun 8-də evinə dönə bilib. Geri döndükdən sonra isə qohumlarından həyat yoldaşı ilə bağlı xoşagəlməz xəbərlər alıb. 
Qeyd edək ki, onların birgə nikahından 2 övladları var. 

Eyvaz Məmmədov özü polisə təslim olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.