Qaynar xətt:

(+99450) 247 90 86

Yataqxanada güclü yanğın - 2 və 5 yaşlı iki qardaş ölüb

Yataqxanada güclü yanğın - 2 və 5 yaşlı iki qardaş ölüb

KRİMİNAL

442

30.08.2020, 09:50

Şirvan şəhərində yataqxanada yanğın baş verib.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb. Yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.