Neftçalada kanalda meyit tapılıb
16 Noyabr 2026, 12:16
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
868
29.08.2020, 20:41
Daxili İşlər Nazirliyinin əməkdaşları Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olmaqla ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirib.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də silsilə xuliqanlıq hərəkətlərin törətmələri öz əksini tapıb. Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də Bərdə Rayon Polis Şöbəsi əməkdaşları avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini - Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar.
Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, 1 ədəd "Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədi ilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.


20:19 / 16 Noyabr 2026
23
20:13 / 16 Noyabr 2026
81
20:07 / 16 Noyabr 2026
237
19:55 / 16 Noyabr 2026
66
19:47 / 16 Noyabr 2026
68
19:40 / 16 Noyabr 2026
83
19:28 / 16 Noyabr 2026
78
19:18 / 16 Noyabr 2026
90
19:09 / 16 Noyabr 2026
99
19:05 / 16 Noyabr 2026
87
18:58 / 16 Noyabr 2026
99
18:45 / 16 Noyabr 2026
103
18:41 / 16 Noyabr 2026
100
18:35 / 16 Noyabr 2026
166
18:23 / 16 Noyabr 2026
101
18:17 / 16 Noyabr 2026
142
18:16 / 16 Noyabr 2026
99
18:05 / 16 Noyabr 2026
104
18:04 / 16 Noyabr 2026
103
17:55 / 16 Noyabr 2026
105
17:50 / 16 Noyabr 2026
468
17:47 / 16 Noyabr 2026
103
17:30 / 16 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.