Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3701
az

Bakıda dəhşətli qətl: “Cəsədi doğrayıb gizlətmək qərarına gəldim"

22:2015 İyul, 2018
2845
KRİMİNAL
  • A

Rəfiqəsini xüsusi amansızlıqla qətlə yetirən qadın: "Çəkici götürüb arxadan ona yaxınlaşdım, bir neçə dəfə başından zərblə vurdum, yerə yıxıldı. Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olduqdan sonra o biri otağa keçdim. Səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord yazdım. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim".

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini xüsusi amansızqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini 50 yaşlı Qorlova İrina Vasilyevnanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zibil qutularındakı insan əzaları
 
OXU24.COM-un virtualaz.org-a istinadla xəbərinə görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospekti, 188 ünvanında yerləşən binanın tinindəki zibil qutularından insan əzaları aşkar edilib. Hadisə yerinə baxış keçirilərkən doğranmış cəsədin 50-60 yaşlarında qadına məxsus olduğu müəyyənləşdirilib. Ərazidən qadının başı, ayaqları, daxili orqanları aşkarlansa da, yerdə qalan əzaları tapılmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması, fevralın 12-də onun İrina Qorlova tərəfindən öldürülüb, balta ilə meyiti hissələrə bölündükdən sonra zibil qutusuna atılması müəyyən edilib.

Uşaq evindən türməyə, oradan azadlığa, sonra bir daha məhkumluğa

İttihama görə, İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib. O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra isə kalqotkanı boğazına keçirib var gücü ilə boğmağa başlayıb...

Uşaq evində böyüyən İrina Qorlova ilk dəfə 1996-cı ildə narkotik vasitələrin satışına görə məhkum olunub. 2001-ci ildə azadlığa buraxılıb. Daimi yaşayış yeri olmayıb, saunada işləyib, yüngül həyat tərzi sürüb. Həmin ərəfələrdə Sadiq adlı bir nəfərlə tanış olub, onunla müxtəlif ünvanlarda kirayədə yaşayıb. Bu münasibət 10 ildən artıq davam edib.

Gələcəyin ən qəddar qatili, içki düşkünü əyyaş qadınlar, həbsə atılan gənc sevgili

Qonşuluqda yaşayan Sabina Todoseyçukla yaxın rəfiqə olan İrina Sadiqdən ayrıldıqdan sonra kirayə pulu verə bilmədiyinə görə onun yanına köçüb. Elə sonradan tanış olacağı və amansızcasına qətlə yetirəcəyi Lyubovu da məhz bu evdə görüb-tanıyıb:

"Xadiməlik edir, özümü dolandırırdım. Mən Sabinanın evinə köçəndə Lyubov Bülbülədəki evini kirayə verib artıq orada yaşayırdı. Onun Vlad adında cavan sevgilisi olub, bütün pullarını həmin oğlana xərcləyirmiş. Vlad isə həm də Sabina ilə sevgiliymiş. Üçü birlikdə Lyubovun evində yaşayıblar. Sonradan Vladın hər ikisi ilə dava-dalaşı düşüb, həbs olunub, 12 il iş alıb. Mən Sabinagilə köçəndə Vlad həbsdə idi. Sabina hər dəfə araq içən kimi Lyubovla dalaşır, sevgilisinin həbsində onu günahlandırırdı. Ona görə də, Lyubov ötən il noyabrda Sabinanın yanında qalmayıb Bülbülədəki evinə köçdü".

"Lyubov öldükdən sonra evi mənə qalacaqdı"

Günlərin birində bazarlıq edib Lyubovun yanına yollanan İrina ev sahibindən gözlənilməz təklif alır. Ev sahibi yanına köçməyi, ona qulluq etməyi, əvəzində isə pul almayacağını deyir. Onun təklifi ilə razılaşan İrina tez bir zamanda Bülbüləyə köçür. Beləcə, sv sahibi evinin qapısını gələcək qatilinin üzünə açır:

"Onun qohumu yox idi. Aramızdakı anlaşmaya əsasən, ona qulluq edəcəkdim, bunun qarşılığında məni qeydiyyata salacaqdı, gələcəkdə əlil olarsa, vərəsəlik verəcəkdi və öldükdən sonra həmin ev mənə qalacaqdı. Məni qeydiyyata saldırdı. Bunun müqabilində mən də evin təmizlik işlərinə baxırdım, bazarlıq edirdim, mənim hesabıma yaşayırdıq".

"Deyirdim, xəstəyəm, pulumu müalicəyə xərcləmişəm, söyürdü"

Ötən il dekabrın sonlarında İrina infarkt keçirib, bir ay Sabunçu xəstəxanasında müalicə olunub, evə qayıdandan sonra əvvəlki kimi işləyə bilmədiyindən Lyubovla aralarında narazılıq yaranıb. Yaşlı ev sahibəsi ondan ərzaq, araq almağı tələb edib, pul olmadıqda isə dava salıb:

"Deyirdim, xəstəyəm, pulumu müalicəyə xərcləmişəm, söyürdü, tələb edirdi. Fevralın 12-də iş axtarmaq üçün şəhərə getmişdim. Gecə geri qayıdanda gördüm bütün əşyalarımı yerə dağıdıb, davamız düşdü. Dedi ev mənimdir, tez ol pul ver. İş tapa bilmədiyimi eşidincə isə söyüş söydü, təcili pul tapmağımı tələb etdi".

"Cəsədi parçalayıb gizlətmək qərarına gəldim"

Ev sahibəsi tərəfindən mütəmadi olaraq söyülüb-təhqir olunmaqdan bezən İrina sonda onu öldürmək qərarına gəlib:

"Sobanın üstündə çəkici əlimə alıb ona yaxınlaşdım, bir neçə dəfə təpəsindən vurdum, ağzı üstə yerə yıxıldı. Neçə zərbə vurmağımı xatırlamıram. Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olub buraxdım. Digər otağa keçdim, səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord həll elədim. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim".

"Sonda balta ilə başını bədənindən üzdüm"

Ertəsi gün meyiti mətbəxə sürükləyən İrina cəsədin əynindəki paltarları soyundurub. Bıçaqla qarnını kəsib bağırsaqlarını çıxarıb sellofan paketə yığıb, sümüklərini ətdən ayırıb, ayaqlarını, qollarını kəsib. Ən sonda isə balta ilə başını bədənindən üzüb. Sümükləri torbaya yığaraq evin yaxınlığındakı zibil qutusuna atıb. Sümükdən ayırdığı ətlərin bir qismini xırda-xırda doğrayıb ki, unitaza axıtsın. Hətta bir ovuc ət parçasını unitaza atıb, amma trapdan su geri qayıdıb. Əti axıda bilməyəcəyini görüncə bu dəfə doğranmış ət qalıqlarını və meyitin başını torbaya qoyub:

"Axşam saatlarında cəsəd dolu torbaları taksiyə qoyub "Vorovski"yə sürdürdüm. Məhəllənin aşağısında maşını saxlatdım. Maşından düşüb sürücünün uzaqlaşmasını gözlədim. O gedəndən sonra torbaları zibil yeşiklərinə atdım. Oradan çıxıb keçmiş sevgilim Sadiqin yanına gəldim, ondan 14 manat pul aldım. Hadisə barədə heç nə demədim. Ümumiyyətlə, bu cinayətin izini itirmək istəyirdim. Buna görə də, heç kimə heç nə deməmişəm. Sadiqdən pul alıb evə qayıtdım, səhərə kimi yata bilmədim. Fevralın 16-da axşamüstü cəsədin əllərini, çəkici, baltanı, bıçağı bir torbaya yığıb zibil qutusuna atmaq istəyirdim. Amma gündüz saatlarında evə polislər gəldi, Sabina da onların yanındaydı. Lyubovun meyitinin aşkar edildiyini, artıq heç nə gizlədə bilməyəcəyimi anlayıb qətli etiraf etdim. Əməlimdən peşmanam".

"Polislərə Bülbülədəki evin yerini mən göstərdim"

Şahid qismində dindirilən Sabina Todoseyçuk istintaqa verdiyi ifadəsində İrinanı 17 il əvvəl tanıdığını, aralarında qonşuluq münasibəti olduğunu göstərib:

"İrina bizim qonşuluqda Sadiq adlı bir oğlanla yaşayırdı. İki ilə yaxın gediş-gəlişimiz vardı. Sonradan köçdülər, əlaqəmiz kəsildi, İrinanı görmədim. 12 ildən sonra bizə gəlib qonşu binadan kirayə ev götürdüyünü, yenə də Sadiqlə birlikdə olduğunu dedi. Ara-sıra görüşüb həyətdə gəzirdik. Həmin vaxtlarda Lyubov Rəhimovanı tanımışam. İnternetdə tanış olduğum Vladislavın xalası idi. Vladislav onun yanında qalırdı. Vladislav mənimlə evlənmək istəyirdi. Məni də özüylə xalasıgilə aparmışdı. Amma sonradan Vladislav həm məni, həm də xalasını döydüyünə görə polisə şikayət etdik. Vladislavı tutdular, hazırda həbsdədir. O vaxtdan Lyubov öz evini kirayə vermişdi, mənimlə qalırdı. İrinayla Lyubov da bizim evdə tanış olublar. İrina Sadiqlə əlaqəni kəsdiyini, kirayə pulu verə bilmədiyini deyib bizdə qalmağı xahiş etmişdi. 2017-ci ilin avqust ayında Lyubov öz evinə getdi. O gedəndən iki-üç gün sonra İrina da işlərinin qaydasını düşdüyünü dedi və çıxıb getdi. O vaxtdan heç biri ilə əlaqə saxlamadım. Fevralın 16-da itimi gəzdirmək üçün həyətə düşəndə aptekin qarşısında çoxlu adam toplaşdığını gördüm. Aptekdəki satıcı qız bir nəfərin doğranmış meyiti tapıldığını dedi. Bir saat sonra polislər bizə gəldilər, məni polis şöbəsinə apardılar, Lyubovun başının şəklini göstərdilər. Polislərə Bülbülədəki evin yerini mən göstərdim".

17 il əvvəl başlayan münasibət, sadiq sevgili və səxavətli dost

İrinanın keçmiş sevgilisi Sadiq Mirzəyev ifadəsində onunla uzun illər əvvəl - 2001-ci ildə saunada tanış olduqlarını, birlikdə yaşadıqlarını, amma ailə həyatı qurandan sonra ara-sıra görüşdüklərini göstərib:

"Uşaq evində böyümüşdü, heç kimi yox idi. Mən evləndikdən sonra bir neçə dəfə görüşdük. 2012-ci ildən etibarən isə əlaqəni tamam kəsmişdim, arabir telefonla danışırdıq. Ailəli olduğum üçün İrinadan uzaq gəzməyə çalışırdım. Amma zəng vurub ya pul, ya ərzaq, ya da dərman istəyirdi. Dörd ay əvvəl zəng vurub pulu olmadığını, ərzaq almağımı xahiş etdi. Yazığım gəldi, ərzaq alıb verdim. İllər sonra ilk dəfə onda gördüm. Lyubov adlı bir qadının yanında yaşayırdı. Evdə it, pişik saxlayırdılar deyə iyrəndim, on dəqiqə dayanmayıb çıxdım. Bu ilin yanvar ayında İrina zəng vurub xəstəxanada olduğunu, dərmanlarını almağımı xahiş etdi. Yenə yazığım gəldi, dərman alıb taksi sürücüsünə verdim ki, xəstəxanada İrinaya çatdırsın. Yenidən zəng vuranda dedim pulum yoxdur. Fevralın 15-də işlədiyim mağazaya gəldi, pul istədi. Pul, siqaret verdim. İki gündür yemək yemədiyini dedi. Polisə çağırılan zaman eşitdim ki, İrina Lyubovu öldürübmüş".

Təhqiqatçıları heyrətə salan məqamlardan biri də İrinanın qətl hadisəsini törətdikdən bir gün sonra ev sahibəsinin cəsədi olan mənzildə daimi "müştəri"si ilə yaxınlıq etməsi olub. Bülbüləyə - İrinanın yaşadığı evə təşrif buyuran taksi sürücüsü Maarifin qonşu otaqda gizlədilən cəsəd olması ağlına da gəlməyib:

"İrinayla görüşmək üçün fevralın 13-də zəng vurdum, cavab vermədi. Ertəsi gün yenə zəng vurdum, "gəl" dedi. Gecə saat 2 radələrində getdim. Evdə tək idi. Onunla birgə yaşayan yaşlı qadının şəhərə rəfiqəsigilə getdiyini söylədi. İrina ilə yaxınlıq etdikdən sonra hamama keçmək istədikdə dedi ki, kanalizasiya borusu tutulub, işləmir. Yeganə şübhəli gələn hamam-tualetin bağlı olması idi. İrinanın əhvalında heç bir qəribəlik hiss etmədim".

Məhkəmə prosesi davam edir.Rəfiqəsini xüsusi amansızlıqla qətlə yetirən qadın: "Çəkici götürüb arxadan ona yaxınlaşdım, bir neçə dəfə başından zərblə vurdum, yerə yıxıldı. Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olduqdan sonra o biri otağa keçdim. Səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord yazdım. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim".

Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini xüsusi amansızqla qətlə yetirməkdə ittiham olunan Bakı şəhər sakini 50 yaşlı Qorlova İrina Vasilyevnanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Zibil qutularındakı insan əzaları

BAKU.WS-in virtualaz.org-a istinadla xəbərinə görə, bu il fevralın 16-da Binəqədi rayonu, Azadlıq prospekti, 188 ünvanında yerləşən binanın tinindəki zibil qutularından insan əzaları aşkar edilib. Hadisə yerinə baxış keçirilərkən doğranmış cəsədin 50-60 yaşlarında qadına məxsus olduğu müəyyənləşdirilib. Ərazidən qadının başı, ayaqları, daxili orqanları aşkarlansa da, yerdə qalan əzaları tapılmayıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması, fevralın 12-də onun İrina Qorlova tərəfindən öldürülüb, balta ilə meyiti hissələrə bölündükdən sonra zibil qutusuna atılması müəyyən edilib.

Uşaq evindən türməyə, oradan azadlığa, sonra bir daha məhkumluğa

İttihama görə, İrina Qorlova Bülbülə qəsəbəsində rəfiqəsi Lyubov Rəhimovaya məxsus mənzilə qeydiyyata düşdükdən təxminən dörd ay sonra fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu ələ keçirmək məqsədilə ev sahibini öldürmək qərarına gəlib. O, bu məqsədlə fevralın 12-də gecə saatlarında rəfiqəsinin baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr endirib. Daha sonra isə kalqotkanı boğazına keçirib var gücü ilə boğmağa başlayıb...

Uşaq evində böyüyən İrina Qorlova ilk dəfə 1996-cı ildə narkotik vasitələrin satışına görə məhkum olunub. 2001-ci ildə azadlığa buraxılıb. Daimi yaşayış yeri olmayıb, saunada işləyib, yüngül həyat tərzi sürüb. Həmin ərəfələrdə Sadiq adlı bir nəfərlə tanış olub, onunla müxtəlif ünvanlarda kirayədə yaşayıb. Bu münasibət 10 ildən artıq davam edib.

Gələcəyin ən qəddar qatili, içki düşkünü əyyaş qadınlar, həbsə atılan gənc sevgili

Qonşuluqda yaşayan Sabina Todoseyçukla yaxın rəfiqə olan İrina Sadiqdən ayrıldıqdan sonra kirayə pulu verə bilmədiyinə görə onun yanına köçüb. Elə sonradan tanış olacağı və amansızcasına qətlə yetirəcəyi Lyubovu da məhz bu evdə görüb-tanıyıb:

"Xadiməlik edir, özümü dolandırırdım. Mən Sabinanın evinə köçəndə Lyubov Bülbülədəki evini kirayə verib artıq orada yaşayırdı. Onun Vlad adında cavan sevgilisi olub, bütün pullarını həmin oğlana xərcləyirmiş. Vlad isə həm də Sabina ilə sevgiliymiş. Üçü birlikdə Lyubovun evində yaşayıblar. Sonradan Vladın hər ikisi ilə dava-dalaşı düşüb, həbs olunub, 12 il iş alıb. Mən Sabinagilə köçəndə Vlad həbsdə idi. Sabina hər dəfə araq içən kimi Lyubovla dalaşır, sevgilisinin həbsində onu günahlandırırdı. Ona görə də, Lyubov ötən il noyabrda Sabinanın yanında qalmayıb Bülbülədəki evinə köçdü".

"Lyubov öldükdən sonra evi mənə qalacaqdı"

Günlərin birində bazarlıq edib Lyubovun yanına yollanan İrina ev sahibindən gözlənilməz təklif alır. Ev sahibi yanına köçməyi, ona qulluq etməyi, əvəzində isə pul almayacağını deyir. Onun təklifi ilə razılaşan İrina tez bir zamanda Bülbüləyə köçür. Beləcə, sv sahibi evinin qapısını gələcək qatilinin üzünə açır:

"Onun qohumu yox idi. Aramızdakı anlaşmaya əsasən, ona qulluq edəcəkdim, bunun qarşılığında məni qeydiyyata salacaqdı, gələcəkdə əlil olarsa, vərəsəlik verəcəkdi və öldükdən sonra həmin ev mənə qalacaqdı. Məni qeydiyyata saldırdı. Bunun müqabilində mən də evin təmizlik işlərinə baxırdım, bazarlıq edirdim, mənim hesabıma yaşayırdıq".

"Deyirdim, xəstəyəm, pulumu müalicəyə xərcləmişəm, söyürdü"

Ötən il dekabrın sonlarında İrina infarkt keçirib, bir ay Sabunçu xəstəxanasında müalicə olunub, evə qayıdandan sonra əvvəlki kimi işləyə bilmədiyindən Lyubovla aralarında narazılıq yaranıb. Yaşlı ev sahibəsi ondan ərzaq, araq almağı tələb edib, pul olmadıqda isə dava salıb:

"Deyirdim, xəstəyəm, pulumu müalicəyə xərcləmişəm, söyürdü, tələb edirdi. Fevralın 12-də iş axtarmaq üçün şəhərə getmişdim. Gecə geri qayıdanda gördüm bütün əşyalarımı yerə dağıdıb, davamız düşdü. Dedi ev mənimdir, tez ol pul ver. İş tapa bilmədiyimi eşidincə isə söyüş söydü, təcili pul tapmağımı tələb etdi".

"Cəsədi parçalayıb gizlətmək qərarına gəldim"

Ev sahibəsi tərəfindən mütəmadi olaraq söyülüb-təhqir olunmaqdan bezən İrina sonda onu öldürmək qərarına gəlib:

"Sobanın üstündə çəkici əlimə alıb ona yaxınlaşdım, bir neçə dəfə təpəsindən vurdum, ağzı üstə yerə yıxıldı. Neçə zərbə vurmağımı xatırlamıram. Kalqotkanı boğazına keçirib var gücümlə boğdum. Öldüyünə əmin olub buraxdım. Digər otağa keçdim, səhərə kimi yata bilmədim, kitab oxudum, krossvord həll elədim. Bir daha həbsxanaya qayıtmamaq üçün cəsədi parçalayıb gizlətmək qərarına gəldim".

"Sonda balta ilə başını bədənindən üzdüm"

Ertəsi gün meyiti mətbəxə sürükləyən İrina cəsədin əynindəki paltarları soyundurub. Bıçaqla qarnını kəsib bağırsaqlarını çıxarıb sellofan paketə yığıb, sümüklərini ətdən ayırıb, ayaqlarını, qollarını kəsib. Ən sonda isə balta ilə başını bədənindən üzüb. Sümükləri torbaya yığaraq evin yaxınlığındakı zibil qutusuna atıb. Sümükdən ayırdığı ətlərin bir qismini xırda-xırda doğrayıb ki, unitaza axıtsın. Hətta bir ovuc ət parçasını unitaza atıb, amma trapdan su geri qayıdıb. Əti axıda bilməyəcəyini görüncə bu dəfə doğranmış ət qalıqlarını və meyitin başını torbaya qoyub:

"Axşam saatlarında cəsəd dolu torbaları taksiyə qoyub "Vorovski"yə sürdürdüm. Məhəllənin aşağısında maşını saxlatdım. Maşından düşüb sürücünün uzaqlaşmasını gözlədim. O gedəndən sonra torbaları zibil yeşiklərinə atdım. Oradan çıxıb keçmiş sevgilim Sadiqin yanına gəldim, ondan 14 manat pul aldım. Hadisə barədə heç nə demədim. Ümumiyyətlə, bu cinayətin izini itirmək istəyirdim. Buna görə də, heç kimə heç nə deməmişəm. Sadiqdən pul alıb evə qayıtdım, səhərə kimi yata bilmədim. Fevralın 16-da axşamüstü cəsədin əllərini, çəkici, baltanı, bıçağı bir torbaya yığıb zibil qutusuna atmaq istəyirdim. Amma gündüz saatlarında evə polislər gəldi, Sabina da onların yanındaydı. Lyubovun meyitinin aşkar edildiyini, artıq heç nə gizlədə bilməyəcəyimi anlayıb qətli etiraf etdim. Əməlimdən peşmanam".

"Polislərə Bülbülədəki evin yerini mən göstərdim"

Şahid qismində dindirilən Sabina Todoseyçuk istintaqa verdiyi ifadəsində İrinanı 17 il əvvəl tanıdığını, aralarında qonşuluq münasibəti olduğunu göstərib:

"İrina bizim qonşuluqda Sadiq adlı bir oğlanla yaşayırdı. İki ilə yaxın gediş-gəlişimiz vardı. Sonradan köçdülər, əlaqəmiz kəsildi, İrinanı görmədim. 12 ildən sonra bizə gəlib qonşu binadan kirayə ev götürdüyünü, yenə də Sadiqlə birlikdə olduğunu dedi. Ara-sıra görüşüb həyətdə gəzirdik. Həmin vaxtlarda Lyubov Rəhimovanı tanımışam. İnternetdə tanış olduğum Vladislavın xalası idi. Vladislav onun yanında qalırdı. Vladislav mənimlə evlənmək istəyirdi. Məni də özüylə xalasıgilə aparmışdı. Amma sonradan Vladislav həm məni, həm də xalasını döydüyünə görə polisə şikayət etdik. Vladislavı tutdular, hazırda həbsdədir. O vaxtdan Lyubov öz evini kirayə vermişdi, mənimlə qalırdı. İrinayla Lyubov da bizim evdə tanış olublar. İrina Sadiqlə əlaqəni kəsdiyini, kirayə pulu verə bilmədiyini deyib bizdə qalmağı xahiş etmişdi. 2017-ci ilin avqust ayında Lyubov öz evinə getdi. O gedəndən iki-üç gün sonra İrina da işlərinin qaydasını düşdüyünü dedi və çıxıb getdi. O vaxtdan heç biri ilə əlaqə saxlamadım. Fevralın 16-da itimi gəzdirmək üçün həyətə düşəndə aptekin qarşısında çoxlu adam toplaşdığını gördüm. Aptekdəki satıcı qız bir nəfərin doğranmış meyiti tapıldığını dedi. Bir saat sonra polislər bizə gəldilər, məni polis şöbəsinə apardılar, Lyubovun başının şəklini göstərdilər. Polislərə Bülbülədəki evin yerini mən göstərdim".

17 il əvvəl başlayan münasibət, sadiq sevgili və səxavətli dost

İrinanın keçmiş sevgilisi Sadiq Mirzəyev ifadəsində onunla uzun illər əvvəl - 2001-ci ildə saunada tanış olduqlarını, birlikdə yaşadıqlarını, amma ailə həyatı qurandan sonra ara-sıra görüşdüklərini göstərib:

"Uşaq evində böyümüşdü, heç kimi yox idi. Mən evləndikdən sonra bir neçə dəfə görüşdük. 2012-ci ildən etibarən isə əlaqəni tamam kəsmişdim, arabir telefonla danışırdıq. Ailəli olduğum üçün İrinadan uzaq gəzməyə çalışırdım. Amma zəng vurub ya pul, ya ərzaq, ya da dərman istəyirdi. Dörd ay əvvəl zəng vurub pulu olmadığını, ərzaq almağımı xahiş etdi. Yazığım gəldi, ərzaq alıb verdim. İllər sonra ilk dəfə onda gördüm. Lyubov adlı bir qadının yanında yaşayırdı. Evdə it, pişik saxlayırdılar deyə iyrəndim, on dəqiqə dayanmayıb çıxdım. Bu ilin yanvar ayında İrina zəng vurub xəstəxanada olduğunu, dərmanlarını almağımı xahiş etdi. Yenə yazığım gəldi, dərman alıb taksi sürücüsünə verdim ki, xəstəxanada İrinaya çatdırsın. Yenidən zəng vuranda dedim pulum yoxdur. Fevralın 15-də işlədiyim mağazaya gəldi, pul istədi. Pul, siqaret verdim. İki gündür yemək yemədiyini dedi. Polisə çağırılan zaman eşitdim ki, İrina Lyubovu öldürübmüş".

Təhqiqatçıları heyrətə salan məqamlardan biri də İrinanın qətl hadisəsini törətdikdən bir gün sonra ev sahibəsinin cəsədi olan mənzildə daimi "müştəri"si ilə yaxınlıq etməsi olub. Bülbüləyə - İrinanın yaşadığı evə təşrif buyuran taksi sürücüsü Maarifin qonşu otaqda gizlədilən cəsəd olması ağlına da gəlməyib:

"İrinayla görüşmək üçün fevralın 13-də zəng vurdum, cavab vermədi. Ertəsi gün yenə zəng vurdum, "gəl" dedi. Gecə saat 2 radələrində getdim. Evdə tək idi. Onunla birgə yaşayan yaşlı qadının şəhərə rəfiqəsigilə getdiyini söylədi. İrina ilə yaxınlıq etdikdən sonra hamama keçmək istədikdə dedi ki, kanalizasiya borusu tutulub, işləmir. Yeganə şübhəli gələn hamam-tualetin bağlı olması idi. İrinanın əhvalında heç bir qəribəlik hiss etmədim".

Məhkəmə prosesi davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evlənmək istəmədiyini deyən özündən 10 yaş kiçik sevgilisini öldürdü - Təfərrüat
Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
COVID-19 dağınıq skleroz üçünrisk        faktoru           ola         bilər
Ərini öldürdü