Qaynar xətt:

(+99450) 247 90 86

Gəncə olaylarına görə daha 7 nəfər həbs edildi - SON DƏQİQƏ

KRİMİNAL

1034

15.07.2018, 14:28

\"\" İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib. Femida.az -ın verdiyi məlumata görə, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb. Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.