Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
14 May 2026, 15:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
664
07.07.2020, 16:30
Karantin günlərində postdan polis formasında keçmək istəyən şəxs hakim qarşısına çıxarılıb. Ona 30 sutka həbs cəzası verilib, lakin şəxs bu cəzadan narazıdır.
Bakı şəhər sakini Xəyal Süleymanlı Nazirlər Kabineti tərəfindən evə qapanma ilə bağlı qərar verilən zaman Qubaya istirahətə gedib. İstirahətdən qayıdanda isə saxlanılıb.
Məlum olub ki, X.Süleymanlı postlardan keçmək üçün polis forması geyinibmiş.
Qubadan qayıdan zaman polis əməkdaşları Xəyalı saxlayıb və şübhələndikləri üçün sənədləri tələb ediblər. Bu zaman Xəyal sənədlərinin evdə olduğunu deyib.
Polis bölməsinə dəvət edilən Xəyalın polis əməkdaşı olmadığı üzə çıxıb.
27 yaşlı Xəyal məhkəmə qərarı ilə həbs edilib. Əməlindən peşman olduğunu desə də, bir faydası olmayıb.
Xəyal barəsində İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydalarını pozma) və 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçular və prokurorluq işçilərinin xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddələrilə protokol tərtib olunub.
Həm də 1 illik sürücülük hüququndan məhrum edilən Xəyal bu cəzadan şikayət versə də, təmin edilməyib və o, həbsdə qalıb.(Musavat.com)
00:22 / 15 May 2026
2
23:59 / 14 May 2026
126
23:30 / 14 May 2026
45
23:13 / 14 May 2026
60
23:05 / 14 May 2026
64
22:34 / 14 May 2026
73
22:30 / 14 May 2026
145
22:13 / 14 May 2026
156
21:58 / 14 May 2026
142
21:52 / 14 May 2026
76
21:41 / 14 May 2026
70
21:30 / 14 May 2026
80
21:19 / 14 May 2026
81
21:14 / 14 May 2026
80
21:07 / 14 May 2026
224
21:02 / 14 May 2026
168
20:59 / 14 May 2026
70
20:56 / 14 May 2026
95
20:54 / 14 May 2026
158
20:49 / 14 May 2026
63
20:49 / 14 May 2026
463
20:41 / 14 May 2026
279
20:35 / 14 May 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.