Arif Aslanov həyatını itirib
19 Noyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1066
02.05.2020, 04:25
Bakıda mağazaya soyuq silahla basqın olub. Bıçaqla silahlanmış şəxs kassada olan işçiyə yaxınlaşaraq onu mətbəxt bıçağı ilə hədələyib pulları tələb edib. Həmin şəxs kassadan 1200 manat pulu götürüb qaçıb. Bütün olanlar mağazanın təhlükəsizlik kamerasına da düşüb.
Başında papaq, üzündə tibbi maska olan şəxs marketə soyuq silahla basqın edib.
Hadisə ötən gecə paytaxtın Xətai rayonu Gəncə prospektində baş verib. Üzündə tibbi maska, başında da papaq olan bir nəfər əvvəlcə vtrinlərdəki mallara baxır. Daha sonra bir su butulkası götürərək kassaya yaxınlaşır. O, əvvəlcə kassada olan Cavad Nurullayevə pul verir. Sonra isə qolunda gizlətdiyi mətbəxt bıçağını çıxararaq satıcını hədələyərək ondan pul tələb edir. Bütün olanlar mağazanın təhlükəsizlik kamerasına da düşüb.
Naməlum şəxs bıçaqla onu qorxutduqdan sonra kassada olan 1200 manat pulu götürərək hadisə yerindən qaçıb. Zərərçəkmiş Cavad Nurullayev deyir ki, naməlum şəxs həmin gün iki dəfə onların mağazasına daxil olub. Hadisədən sonra onlar ''102'' xidmətinə dərhal məlumat veriblər. Hadisə yerinə ərazi üzrə 36-cı polis bölməsinin əməkdaşları gəlib baxış keçiriblər.
Faktla bağlı Xətai rayon polis idarəsində cinayət işi başlanıb. Polis görüntülər əsasında hadisəni törədən şəxsin saxlanması üçün əməliyyat-axtarış tədbirləri keçirir.
10:32 / 19 Noyabr 2026
1
10:21 / 19 Noyabr 2026
93
10:19 / 19 Noyabr 2026
121
10:11 / 19 Noyabr 2026
62
10:07 / 19 Noyabr 2026
68
09:58 / 19 Noyabr 2026
305
09:56 / 19 Noyabr 2026
83
09:48 / 19 Noyabr 2026
95
09:45 / 19 Noyabr 2026
80
09:41 / 19 Noyabr 2026
85
09:37 / 19 Noyabr 2026
88
09:30 / 19 Noyabr 2026
80
09:27 / 19 Noyabr 2026
92
09:14 / 19 Noyabr 2026
171
09:13 / 19 Noyabr 2026
91
09:12 / 19 Noyabr 2026
89
09:10 / 19 Noyabr 2026
235
00:22 / 19 Noyabr 2026
416
23:10 / 18 Noyabr 2026
208
22:45 / 18 Noyabr 2026
183
22:40 / 18 Noyabr 2026
162
22:25 / 18 Noyabr 2026
190
22:25 / 18 Noyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.