74 yaşlı qadın hamamda yıxılıb həyatın itirdi
08 May 2026, 00:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1017
01.05.2020, 15:30
Koronavirus (COVID-19) infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə vəaz təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən Day.Az-a verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılıb.
Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək, aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozmaqla sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyənləşib.
Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək, ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.
Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək, ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr üzə çıxıb.
Həmçinin oxuyun
Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilib. M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyənləşib.
Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.
Toplanmış materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanıb.
Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi"nə məlumat vermələrini xahiş edir.
00:53 / 08 May 2026
184
00:49 / 08 May 2026
195
00:47 / 08 May 2026
183
00:37 / 08 May 2026
64
00:31 / 08 May 2026
79
00:25 / 08 May 2026
68
23:52 / 07 May 2026
195
23:27 / 07 May 2026
198
23:07 / 07 May 2026
248
22:49 / 07 May 2026
187
22:46 / 07 May 2026
467
22:39 / 07 May 2026
234
22:33 / 07 May 2026
188
22:10 / 07 May 2026
221
21:54 / 07 May 2026
232
21:43 / 07 May 2026
228
21:29 / 07 May 2026
82
21:16 / 07 May 2026
437
21:05 / 07 May 2026
104
20:54 / 07 May 2026
108
20:43 / 07 May 2026
99
20:40 / 07 May 2026
93
20:26 / 07 May 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.