DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
866
29.04.2020, 15:56
Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını deyən və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Oxu24.com-a bildirilib ki, rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub. O ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilinə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.
Araşdırma zamanı Vasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir. Vasif Urşanov əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
21:32 / 26 Oktyabr 2026
14
21:30 / 26 Oktyabr 2026
14
21:05 / 26 Oktyabr 2026
429
21:02 / 26 Oktyabr 2026
60
20:56 / 26 Oktyabr 2026
62
20:30 / 26 Oktyabr 2026
70
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
88
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
186
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
383
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.