Qaynar xətt:

(+99450) 247 90 86

Goranboyda velosipedçi dərəyə aşaraq ölüb

Goranboyda velosipedçi dərəyə aşaraq ölüb

KRİMİNAL

502

29.04.2020, 08:35

Goranboyda gənc oğlan ehtiyatsızlığın qurbanı olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. 

Belə ki, 11-ci sinif şagirdi Məmmədov Səməd Arzu oğlu velosipedlə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. 

Ağır xəsarət alan oğlan xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.