10 ay ərzində narkotiklə bağlı 4731 nəfər tutulub, 60-ı əcnəbidir
19 Noyabr 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
749
17.04.2020, 18:42
Yaxın qohumunun yas mərasimində iştirak etmək adı ilə 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciət edən daha 120 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar inzibati qaydada cəzalandırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək bəhanəsi ilə qanunsuz yerə 8103 qısa nömrəsi vasitəsi ilə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslərin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Aprelin 16-17 aprel tarixləri arasında paytaxt Bakı və Respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 120 nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslər polis idarə, şöbə və bölmələrinə gətirilərək izahatları alınıb. Bu cür süi-istifadə hallarına yol verənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə müvafiq tədbirlər görülüb və onların hər biri 100 manat məbləğində cərimə edilib.
Bir daha diqqətə çatdırırıq ki, 8103 nömrəsinə edilən bütün müraciətlər ciddi və hərtərəfli araşdırılır. Vətəndaşlardan tələb olunur ki, 8103 xidmətindən süi-istifadə hallarına yol verməsinlər. Əks halda bu davranış karantin rejimi tələblərinin pozulması kimi qeydə alınaraq həmin şəxs barəsində ciddi cəza tədbirləri görüləcək.
18:07 / 19 Noyabr 2026
1
17:58 / 19 Noyabr 2026
44
17:50 / 19 Noyabr 2026
53
17:47 / 19 Noyabr 2026
142
17:45 / 19 Noyabr 2026
58
17:41 / 19 Noyabr 2026
57
17:34 / 19 Noyabr 2026
71
17:30 / 19 Noyabr 2026
79
17:20 / 19 Noyabr 2026
72
17:15 / 19 Noyabr 2026
75
17:01 / 19 Noyabr 2026
157
16:51 / 19 Noyabr 2026
306
16:50 / 19 Noyabr 2026
122
16:48 / 19 Noyabr 2026
94
16:35 / 19 Noyabr 2026
111
16:29 / 19 Noyabr 2026
103
16:24 / 19 Noyabr 2026
108
16:18 / 19 Noyabr 2026
129
16:15 / 19 Noyabr 2026
382
16:12 / 19 Noyabr 2026
102
16:10 / 19 Noyabr 2026
126
16:08 / 19 Noyabr 2026
107
16:02 / 19 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.