10 ay ərzində narkotiklə bağlı 4731 nəfər tutulub, 60-ı əcnəbidir
19 Noyabr 2026, 17:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2744
14.04.2020, 19:16
Ağsuda karantin rejimini kobud şəkildə pozaraq rayonu gizlin tərk etməyə cəhd edən şəxslər saxlanılıblar.
Oxu24.com xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Şamaxı keçid məntəqəsində xidmət apararkən Ağsu sakinləri - 35 yaşlı Əsədov Xəqani Rafiq oğlunu və 28 yaşlı Cəbrayılov Elşən Namizəd oğlunu gizlincə meşə yolu ilə karantin rejimini kobud şəkildə pozaraq Şamaxı rayon ərzisinə keçmək istəyərkən onlara "Dayan" əmri verib.
Polisin "Dayan" əmrinə tabe olmayan həmin şəxslər saxlanılaraq, Ağsu RPŞ-nə gətiriliblər.
İlkin dirdirmə zamanı onlar karantin rejimini bilərəkdən pozduqlarını etiraf ediblər.
Bundan başqa, Ağsu-Kürdəmir keçid məntəqəsində "KamAZ" markalı yük maşınını idarə edən sürücü, Kürdəmir rayon sakini Qədiyev Sübhan Adil oğlu polisin "Saxla" əmrinə tabe olmayıb. Polis əməkdaşları dərhal yük maşınını saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, S.Qədiyev maşının yatacaq yerində gizlətdiyi həmyerlisi Mütəllimov Mənsur Gülağa oğlunu da Ağsu rayon ərazisinə keçirmək istəyib. Həmin şəxslər Ağsu RPŞ-nə gətirilib.
Hər 4 şəxs barəsində Ağsu RPŞ əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq maddələrinə əsasən, 20 sutka həbs tətbiq olunub.
Hazırda Ağsu RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
Videonu təqdim edirik:
20:04 / 19 Noyabr 2026
40
19:55 / 19 Noyabr 2026
47
19:53 / 19 Noyabr 2026
65
19:30 / 19 Noyabr 2026
76
19:10 / 19 Noyabr 2026
468
19:05 / 19 Noyabr 2026
81
18:55 / 19 Noyabr 2026
92
18:50 / 19 Noyabr 2026
131
18:07 / 19 Noyabr 2026
276
17:58 / 19 Noyabr 2026
112
17:50 / 19 Noyabr 2026
97
17:47 / 19 Noyabr 2026
421
17:45 / 19 Noyabr 2026
115
17:41 / 19 Noyabr 2026
102
17:34 / 19 Noyabr 2026
105
17:30 / 19 Noyabr 2026
117
17:20 / 19 Noyabr 2026
112
17:15 / 19 Noyabr 2026
115
17:01 / 19 Noyabr 2026
336
16:51 / 19 Noyabr 2026
399
16:50 / 19 Noyabr 2026
152
16:48 / 19 Noyabr 2026
121
16:35 / 19 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.