Qaynar xətt:

(+99450) 247 90 86

14 yaşlı qız özünü binadan atdı -

2018-06/1528697691_10-12-44-1528697308_1528693368_1497198800_asdsaddd.jpg

KRİMİNAL

2006

11.06.2018, 10:14

\"\" Bakıda yeniyetmə qız anasının ona telefon verməməsi səbəbindən özünü 11-ci mərtəbədən yerə atıb.
Oxu24.com report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonunda, Sabit Orucov küçəsində baş verib. 
2004-cü il təvəllüdlü Talıbova Fidan İlham qızı anası ilə mübahisə edib. Buna səbəb isə onun anasından mobil telefon istəməsi olub. Lakin anası telefonu ona verməyib.
Belə olduqda F.Talıbova özünü yaşadığı binanın 11-ci mərtəbəsindən yerə atıb. Xoşbəxtlikdən F.Talıbova avtomobilin üzərinə düşüb və sağ qalıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralı cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.