Qaynar xətt:

(+99450) 247 90 86

Bankda saxta dollar xırdalamaq istəyərkən tutuldu

KRİMİNAL

1588

27.03.2018, 17:05

\"\" Bu gün Bakıda banka saxta dollar verən şəxs hadisə yerində saxlanılıb. Oxu24.com  xəbərinə görə, kimliyi hələlik məlum olmayan şəxs banklardan birinin Nəsimi rayon filialına yaxınlaşaraq, saxta 300 ABŞ dolları məbləğində pulu dəyişmək istəyib. Bank əməkdaşları pulun saxta olduğunu görüb, polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər həmin şəxsi saxlayıb, polis bölməsinə aparıblar.