Ağcabədidə 2 nəfər qətlə yetirilib
27 Aprel 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1666
01.03.2020, 00:12
Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik və avtomat silahının güllələri çıxıb.
APA TV-nin məlumatına görə, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefonla zəng edərək, Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman narkotik vasitə hesab olunan heroin və avtomat silahının 4 ədəd gülləsi ilə üzləşib.
Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.
Həmçinin oxuyun
Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı oradan üç ədəd torbada olmaqla ümumi çəkisi 3,780 qram heroin və bir ədəd kağız bükülüdə avtomat silahının 4 ədəd güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
APA TV-nin əldə etdiyi məlumata görə, həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru işləyib. Bir neçə gün əvvəl isə o, tutduğu vəzifədən azad edilib.
13:48 / 27 Aprel 2026
12
13:46 / 27 Aprel 2026
8
13:20 / 27 Aprel 2026
41
13:18 / 27 Aprel 2026
32
13:17 / 27 Aprel 2026
190
13:12 / 27 Aprel 2026
31
13:08 / 27 Aprel 2026
38
12:59 / 27 Aprel 2026
51
12:44 / 27 Aprel 2026
135
12:38 / 27 Aprel 2026
87
12:29 / 27 Aprel 2026
142
12:24 / 27 Aprel 2026
239
12:19 / 27 Aprel 2026
40
12:16 / 27 Aprel 2026
43
12:11 / 27 Aprel 2026
46
12:04 / 27 Aprel 2026
48
11:55 / 27 Aprel 2026
916
11:44 / 27 Aprel 2026
84
11:39 / 27 Aprel 2026
323
11:32 / 27 Aprel 2026
53
11:30 / 27 Aprel 2026
58
11:23 / 27 Aprel 2026
60
11:15 / 27 Aprel 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.