Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu yanır

SON DƏQİQƏ: Bakıda sərnişin avtobusu yanır

KRİMİNAL

558

29.02.2020, 22:21

Bakıda Nəsimi rayonunun Azadlıq prospektində metronun “28 May” stansiyasının yaxınlığında “BakuBus” MMC-yə məxsus sərnişin avtobusunda tüstülənmə baş verib. 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin APA-ya bildirdiyinə görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus hərəkətdə olarkən təkər hissəsi qəfil tüstüləyib: "Sürücünün peşəkar davranışı nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində sərnişinlərə hər hansı bir zərər dəyməyib və xəsarət alan olmayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb edilib, alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.