Ağcabədidə 2 nəfər qətlə yetirilib
27 Aprel 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2217
29.02.2020, 19:13
Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik vasitə və avtomat silahının güllələri çıxıb.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, “Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefondan zəng edərək Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsi ilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman ağır narkotik vasitə hesab olunan heroin və 4 ədəd avtomat silahının gülləsi ilə üzləşib”.
Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini, Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədi ilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.

Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı ordan üç ədəd torbada olmaqla ümumi çəkisi 3, 780 qram heroin və bir ədəd kağız bükülüdə 4 ədəd avtomat silahının güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində CM-nin 234.1 və 228.1-ci maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.
Həmçinin oxuyun
APA-nın əldə etdiyi məlumata görə, həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru, daha sonra isə Qax rayon məjkəməsində işləyib. Bir-neçə gün əvvəl isə o tutduğu vəzifədən azad edilib.

13:20 / 27 Aprel 2026
10
13:18 / 27 Aprel 2026
11
13:17 / 27 Aprel 2026
50
13:12 / 27 Aprel 2026
17
13:08 / 27 Aprel 2026
28
12:59 / 27 Aprel 2026
35
12:44 / 27 Aprel 2026
60
12:38 / 27 Aprel 2026
75
12:29 / 27 Aprel 2026
100
12:24 / 27 Aprel 2026
195
12:19 / 27 Aprel 2026
34
12:16 / 27 Aprel 2026
36
12:11 / 27 Aprel 2026
40
12:04 / 27 Aprel 2026
43
11:55 / 27 Aprel 2026
841
11:44 / 27 Aprel 2026
77
11:39 / 27 Aprel 2026
300
11:32 / 27 Aprel 2026
45
11:30 / 27 Aprel 2026
49
11:23 / 27 Aprel 2026
52
11:15 / 27 Aprel 2026
113
11:08 / 27 Aprel 2026
78
11:06 / 27 Aprel 2026
40
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.