Əmisi tərəfindən balta ilə öldürülən qızın FOTOSU
01 Fevral 2026, 23:54
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
857
14.02.2020, 19:59
Şəmkir rayonunda qadına qarşı amansız cinayət törətmiş Abbasov Elnur Fikrət oğlu barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Oxu24.com news24.az-a istinadən xəbər verir ki, E.Abbasov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.1 ( Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5 (149.2.4-cü maddələrdəki əməllər təkrar törədildikdə), 157.1 (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddələri ilə açılan işin materialları Gəncə Ağlr Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Faiq Mahmudovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 24 fevralda keçiriləcək.
Həmçinin oxuyun
Qeyd edək ki, E.Abbasov Şəmkir şəhər sakini olan A.İ adlı qadının evinə zorla daxil olaraq ona qarşı ağır dərəcəli seksual xarakterli cinayətlər, eləcə də quldurluq əməli törədib. O, qadını dəfələrlə zorlayıb və törətdiyi əməli heç kimə deməməsi məqsədilə onu ölümlə hədələyib.
23:54 / 01 Fevral 2026
1
23:52 / 01 Fevral 2026
13
23:20 / 01 Fevral 2026
35
23:06 / 01 Fevral 2026
85
21:19 / 01 Fevral 2026
242
20:51 / 01 Fevral 2026
243
20:44 / 01 Fevral 2026
394
20:40 / 01 Fevral 2026
275
20:19 / 01 Fevral 2026
399
19:59 / 01 Fevral 2026
1800
19:31 / 01 Fevral 2026
496
19:04 / 01 Fevral 2026
254
17:55 / 01 Fevral 2026
213
17:21 / 01 Fevral 2026
2180
17:19 / 01 Fevral 2026
227
17:04 / 01 Fevral 2026
211
16:49 / 01 Fevral 2026
531
16:47 / 01 Fevral 2026
120
16:26 / 01 Fevral 2026
287
16:14 / 01 Fevral 2026
231
16:06 / 01 Fevral 2026
178
15:51 / 01 Fevral 2026
201
15:30 / 01 Fevral 2026
1511
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.