Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "...gəlməsən, səni işdən çıxaracağam" - VİDEO
24 Aprel 2026, 18:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1735
14.02.2020, 14:47
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlılara qarşı seksual xarakterli hərəklər etməkdə təqsirləndirilən E.M.-nin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Oxu.Az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 17-nə təyin edilib. Qeyd edək ki, ötən il Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq edən şəxs istintaqa cəlb edilib.
Həmçinin oxuyun
Belə ki, futbol üzrə qeyri-rəsmi məşqçi işləyən Cəlilabad rayon sakini E.M.-nin cari ilin may-iyul aylarında Sabunçu rayonu ərazisində kirayədə yaşadığı evdə azyaşlı uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə iyulun 16-da rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. E.M. iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə üç azyaşlı oğlan var.
19:29 / 24 Aprel 2026
28
19:18 / 24 Aprel 2026
26
18:59 / 24 Aprel 2026
132
18:48 / 24 Aprel 2026
40
18:35 / 24 Aprel 2026
61
18:22 / 24 Aprel 2026
56
18:18 / 24 Aprel 2026
141
18:12 / 24 Aprel 2026
122
18:00 / 24 Aprel 2026
51
17:40 / 24 Aprel 2026
56
17:20 / 24 Aprel 2026
224
17:15 / 24 Aprel 2026
57
16:44 / 24 Aprel 2026
150
16:43 / 24 Aprel 2026
64
16:40 / 24 Aprel 2026
78
16:05 / 24 Aprel 2026
97
15:54 / 24 Aprel 2026
145
15:52 / 24 Aprel 2026
73
15:39 / 24 Aprel 2026
86
15:38 / 24 Aprel 2026
1974
15:32 / 24 Aprel 2026
1179
15:27 / 24 Aprel 2026
256
15:24 / 24 Aprel 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.