Ucarda çaqqal insanlara hücum edib, üç nəfər xəsarət alıb
24 Aprel 2026, 13:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
974
13.02.2020, 16:23
Ötən il Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın ölümü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.
APA-nın məlumatına görə, mərhumun anası və nümayəndələri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Məhərrəmova və Kliniki Tibbi Mərkəzin həkimləri barəsində cinayət işinin başlanması ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət ediblər. İstintaq zamanı Bakı şəhər Prokurorluğunda həmin şəxslərlə bağlı cinayət işi açılmayıb. Nümayəndələr Bakı şəhər Prokurorluğu tərəfindən verilən qərardan məhkəməyə şikayət ediblər. Həmin şikayət üzrə məhkəmə Səbail rayon Məhkəməsində hakim Anar Tanrıverdiyevin icraatına verilib.
Məhkəmə iclası fevralın 17-ə təyin edilib. Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
Həmçinin oxuyun
Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Bakı Apelyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.
15:39 / 24 Aprel 2026
1
15:38 / 24 Aprel 2026
10
15:32 / 24 Aprel 2026
31
15:27 / 24 Aprel 2026
67
15:24 / 24 Aprel 2026
18
15:21 / 24 Aprel 2026
20
15:00 / 24 Aprel 2026
37
14:58 / 24 Aprel 2026
29
14:42 / 24 Aprel 2026
209
14:37 / 24 Aprel 2026
35
14:30 / 24 Aprel 2026
57
14:20 / 24 Aprel 2026
35
14:08 / 24 Aprel 2026
268
14:04 / 24 Aprel 2026
48
13:52 / 24 Aprel 2026
460
13:38 / 24 Aprel 2026
48
13:35 / 24 Aprel 2026
62
13:29 / 24 Aprel 2026
61
13:21 / 24 Aprel 2026
58
13:19 / 24 Aprel 2026
55
13:16 / 24 Aprel 2026
354
13:09 / 24 Aprel 2026
661
13:05 / 24 Aprel 2026
1233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.