Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır - FOTO
23 Aprel 2026, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
925
11.02.2020, 11:59
Xızıda avtoxuliqanlıq edən gənclər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan Oxu24.com-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi (RPŞ) Dövlət Yol Polis (DYP) Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də yol hərəkəti iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradan üç sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Araşdırmalarla avtoxuliqanlıq hərəkətləri edən gənclərin Bakı şəhər sakinləri, N.Rüstəmov, F.Bağırov və X.Qubadov olduqları məlum olub. Hər üç sürücü idarə etdikləri Rusiya istehsalı olan “Niva” markalı avtomobillərlə Xızı rayonu ərazisində qarlı hava şəraitində təhlükəli manevrlər edərək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatları üçün ciddi təhlükə yaradıblar.
Yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, eləcə də nəqliyyat vasitələrinə konstruksiya dəyişiklikləri edərək idarə edən bu şəxslər barəsində Xızı RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər üç sürücü Xızı Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs edilib.
Həmçinin oxuyun
01:11 / 24 Aprel 2026
200
00:48 / 24 Aprel 2026
170
00:13 / 24 Aprel 2026
167
23:43 / 23 Aprel 2026
163
23:30 / 23 Aprel 2026
132
23:16 / 23 Aprel 2026
193
22:57 / 23 Aprel 2026
201
22:45 / 23 Aprel 2026
201
22:34 / 23 Aprel 2026
84
22:14 / 23 Aprel 2026
880
22:09 / 23 Aprel 2026
107
22:03 / 23 Aprel 2026
73
21:58 / 23 Aprel 2026
68
21:55 / 23 Aprel 2026
63
21:53 / 23 Aprel 2026
153
21:51 / 23 Aprel 2026
339
21:45 / 23 Aprel 2026
116
21:39 / 23 Aprel 2026
235
21:37 / 23 Aprel 2026
1231
21:27 / 23 Aprel 2026
224
21:16 / 23 Aprel 2026
261
21:00 / 23 Aprel 2026
275
20:34 / 23 Aprel 2026
251
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.