Prokurorluq 70 yaşlı icra başçısını yoxlayır - FOTO
23 Aprel 2026, 22:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
805
10.02.2020, 10:47
Baş Prokurorluq deputatlığa namizədin ölüm faktı ilə bağlı xəbər yayıb.
Baş Prokurorluqdan Oxu24.com-a bildirilib ki, fevralın 9-da saat 23.00 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilib.
Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmayıb.
Həmçinin oxuyun
İlkin araşdırma zamanı müəyyən edilib ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22.00 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat edib.
Araşdırmalarla, həmçinin müəyyən edilib ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılıb.
Mahir Hüseynovun namizəd olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.
Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
01:11 / 24 Aprel 2026
133
00:48 / 24 Aprel 2026
123
00:13 / 24 Aprel 2026
145
23:43 / 23 Aprel 2026
118
23:30 / 23 Aprel 2026
102
23:16 / 23 Aprel 2026
145
22:57 / 23 Aprel 2026
144
22:45 / 23 Aprel 2026
117
22:34 / 23 Aprel 2026
68
22:14 / 23 Aprel 2026
718
22:09 / 23 Aprel 2026
93
22:03 / 23 Aprel 2026
60
21:58 / 23 Aprel 2026
57
21:55 / 23 Aprel 2026
52
21:53 / 23 Aprel 2026
141
21:51 / 23 Aprel 2026
302
21:45 / 23 Aprel 2026
98
21:39 / 23 Aprel 2026
89
21:37 / 23 Aprel 2026
970
21:27 / 23 Aprel 2026
210
21:16 / 23 Aprel 2026
244
21:00 / 23 Aprel 2026
260
20:34 / 23 Aprel 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.