Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var

KRİMİNAL

472

07.01.2020, 21:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub.

Oxu24.com "Report"ya istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 202 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu çörək daşıyan yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var.


Qəza səbəbindən ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.