Qaynar xətt:

(+99450) 247 90 86

Əlil qızı bağlı yerdə saxlayıb iyirmi il təcavüz etdi - FOTO

2020/01/07/1578403702_1533640863_zorlama.jpg

KRİMİNAL

667

07.01.2020, 17:27

Çində 70 yaşlı kişi əlil qızı bağlı yerdə saxlayaraq ona iyirmi il təcavüz edib.

Sondakika.com-un xəbərinə görə, Hebei əyalətində 70 yaşlı Donq adlı şəxsin arvadını döyməsi ilə bağlı qonşuları polisə şikayət edib.

Polisin araşdırması zamanı məlum olub ki, həmin şəxs evində qadını bağlı saxlayaraq döyüb  və təcavüz edib.

Onun təcavüz etdiyi qadından iki uşağı olduğu bəlli olub.

Qonşuların dediyinə görə, ata uşaqlarını insan alverçilərinə satıb.

O, öz ifadəsində bildirib ki, qadını kimsəsiz ərazidə tək olduğunu görərək evə gətirib və onu özünə arvad edib.

Eyni zamanda, qadının onun tərəfindən deyil, başqaları tərəfindən döyüldüyünü deyən şəxs bildirib ki, qadın əlil olduğu üçün bu barədə danışa bilmir.

Hadisə sosial mediada yayılandan sonra polis araşdırmalara başlayıb.